İSTİXANA

AGROBAY SERACILIK


Ölkəmizin sahib olduğu bənzərsiz iqlim və su qaynağı üstünlüklərinə son istehsal texnologiyalarını tətbiq edərək beynəlxalq standartlardakı məhsul keyfiyyətini əldə etmək, ixtisaslı kadrlar cəlb etməklə Türkiyənin ən müasir texnologiyaya sahib istixanalarında tamamən ixracata yönəlmiş təbii ( ekoloji) pomidor və bibər istehsalını həyata keçirmək üçün qrupa daxil olan Agrobay Seracılık İthalat İhracat San ve T.A.Ş. adlı firma qurulmuşdur.

Bu məqsədlə İzmir-Bergamada 1500 sot ərazi satın alınıb. Bu ərazi üzərində birinci mərhələ 2002-ci ildə 60 sotluq plastik istixana, ikinci mərhələ 2003-cü ildə 65 sotluq plastik istixana, üçüncü mərhələ 2005-ci ildə 80 sotluq şüşə istixana istehsalata buraxılmışdır. 2007-ci il iyul ayının sonunda istehsalına başlanacaq dördüncü mərhələ 80 sotluq (80000m2 ) plastik istixana sonrasında ting yetişdirmə bölmələri ilə qapalı sahə 320 sota çatacaqdır. Firma, istehsal edilən qapalı sahə böyüklüyü ilə sadəcə Orta Şərq, Balkanlar və Türkiyənin deyil, eyni zamanda tək mərkəzdə geotermal qaynaqları ilə isidilən Avropanın bu ölçülü ən böyük istixasıdır.

Toxumundan polad konstruksiyaya, isitmə, soyutma, havalandırma, suvarma mühərrikləri və avadanlıqlarına qədər hər şey bu sahə üzrə söz sahibi olan ölkələrdən idxal edilmişdir. İnvestisiyamız həm regionda, həm də Avropada tanınır.


TÜRKELİ SERACILIK


Müasir torpaqsız əkinçilik ərazilərində 80000m2 qapalı sahədə sertifikatlandırılmış(GLOBALGAP/İTU) salxım və təkli pomidor istehsalı, paketlənməsi və satışı aparılır. İllik istehsal gücü 3000 tondur.


Çerez Kabul